Clopos
İstifadəçi təlimatı
×

1.4.5. E-kassa ilə inteqrasiya

E-kassa - nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir müəssisənin E-kassa-dan istifadə etməsi və e-kassaya inteqrasiya edilmiş avtomatlaşdırma sistemi (proqramı) ilə satış etməsi vacibdir. Bunları nəzərə alaraq sahibkarların işini asanlaşdırmaq məqsədi ilə Clopos sistemi də e-kassa operatorlarına inteqrasiya edilmişdir. Hal-hazırda Clopos 4 əsas e-kassa operatoru ilə inteqrasiyanı tamamlamış və istifadəyə vermişdir.
İnteqrasiyanı e-kassa operatoru ilə razılaşdırdıqdan sonra özünüz müvafiq operatorlara görə tənzimləyə bilərsiniz: Azsmart   Caspos   NBA  Omnisoft
İnteqrasoya prosesində çətinlik çəksəniz Clopos Müştəri Xidmətləri ilə əlaqə yaradaraq dəstək istəyin.
İnteqrasiya edilmiş E-kassa operatorlarının siyahısı daim yenilənir.
 
1.4.5. E-kassa ilə inteqrasiya       1.4.5. E-kassa ilə inteqrasiya
1

Aktivləşdirmə düyməsi

 
İnteqrasiya tamamlandıqdan sonra buradakı açarı sürüşdürməklə E-kassa ilə əlaqəni aktiv etmək lazımdır.   
2

E-kassanın terminalda görünməsi

 
Bu açar E-kassa modulunun terminalda görünməsini təmin edir. Əməkdaşlarınızın satış terminalında e-kassanın idarəedilməsini həyata keçirə bilməsi üçün bu açarı aktiv etməlisiniz.
3

E-kassa operatorları

 
Bu siyahıdan müqavilə bağladığınız e-kassa operatorunu seçməlisiniz
4

Avtomatik göndər

 
Bütün satış çeklərinizin avtomatik rejimdə e-kassaya göndərilməsini təmin edir.
5

Operator ayarları

 
Müəssisənizdə quraşdırdığınız e-kassanı təmin edən e-kassa operatorlarının hər birinin özünəməxsus fərqli tənzimləmələri olduğundan bu xanalarla hər bir operator üçün ayrı səhifədə tanış olacaqsınız.
 
Satış sisteminizi e-kassa operatoru ilə inteqrasiya etmək üçün E-kassa operatorlarının müştəri xidmətlərinə müraciət edin. E-kassa inteqrasiyası və tənzimləməsi ilə bağlı daha ətraflı  Youtube kanalımızda olan videolara baxmaqla da tanış ola bilərsiniz.