1.4.5.1. Azsmart
Azsmart e-kassasının Cloposa inteqrasiyası:
Azsmart e-kassa cihazını Clopos sisteminə inteqrasiya etmək üçün ilk öncə cihazı verən şirkət ilə əlaqə saxlayıb inteqrasiyani aktiv etmələrini istəməlisiniz. Daha sonra Clopos arxa paneldə Modullar bölməsindən E-kassa modulunun Ayarlar hissəsinə daxil olaruq. Burada Operatoru seçin xanasında Azsmartı seçirik.
Azsmartı seçdikdən sonra İP ünvanı qeyd edirik ( ip ünvanını öyrənmək üçün Azsmart e-kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır )
İP ünvan bu şəkildə yazılmalıdır → 192.168.1.1:8008 , Bu ( 192.168.1.1 ) İP ünvanı şərtidir. İP ünvandan sonra :-dən sonra yazılan port (:8008) isə mütləqdir və bu operator üçün dəyişməzdir. Merchant id hissəsində Azsmart şirkəti tərəfindən sizə verilən kodu daxil edirik. Bu kod e-kassa cihazınızın müvafiq xanasında yazılmış olur. Bu barədə daha dəqiq informasiyanı Azsmart operatorundan əldə edəcəksiniz. Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.

Azsmart e-kassa cihazının Clopos sistemində inteqrasiyası zamanı hər iki proqram eyni şəbəkə üzərində olmalıdır.
Azsmart e-kassa cihazında Ayarlar bölməsindən Fiskal printer rejimini aktiv edirik. Bu zaman inteqrasiya prosesi başlayacaq.
Daha sonra Clopos terminalında aşağıdakı şəkildə göstərildiyi qaydada Kontrol panel > Cihazlar > E-Kassa (Vergi)pəncərəsinə gələrək Azsmart e-kassasının sistemimizə tam inteqrasiya olduğundan əmin olmaq üçün YOXLA düyməsini vururq.

