1.4.5.2. Caspos
Caspos e-kassasının Casposa inteqrasiyası:
Caspos e-kassa cihazında Koisk proqramından çıxış edib şəbəkə bölməsinə daxil oluruq. Çıxış etmək üçün cihazın sağ Power ( Söndür / Yandır ) hissəsində yerləşən düyməni sıxmaq lazımdır. Bu zaman bizdən şifrə tələb olunacaq. Şifrə: 3223. Caspos e-kassa cihazının və Clopos Terminalının eyni şəbəkədə olduğundan əmin olun. Yuxarı sağda "3 nöqtə"yə klik edib Qabaqcıl yazılan bölmədən cihazın qoşulu olduğu ip-ni (IPv4) götürürük. Caspos cihazında yenidən Koisk proqramına daxil oluruq və kassa bölməsinə giriş etdikdən sonra Sazlama bölməsinə daxil olub "İnteqrasiya prosesini başlat" vururuq. "Kod " yerinə password sözü yazib və cihazın arxasinda olan seriyanömrəsinin son 4 rəqəmini əlavə edirik. Misal üçün : password0412. Burada 0412 cihazımızın seriya nömrəsinin son 4 rəqəmidir.
Qeyd : İntqrasiya prosesi aktivləşdirildikdə ekranda yalnız "Servisi dayandır" yazısı görünür. Bu o deməkdir ki siz inteqrasya prosesini uğurla başlatmısınız. Daha sonra Clopos arxa paneldə Modullar bölməsindən E-kassa modulunun Ayarlar hissəsinə daxil olaruq. Burada Operatoru seçin xanasında Caspos-u seçirik.
Casposu seçdikdən sonra İP ünvanı qeyd edirik. İP ünvan bu şəkildə yazılmalıdır → 192.168.1.45:5544 , Bu ( 192.168.1.45 ) İP ünvanı şərtidir. İP ünvandan sonra :-dən sonra yazılan port (:5544) isə mütləqdir və bu operator üçün dəyişməzdir. Şəkildən də göründüyü kimi İstifadəçi adı xanasına username, Şifrə xanasına isə password yazırıq. Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.
Daha sonra Clopos terminalında aşağıdakı şəkildə göstərildiyi qaydada Kontrol panel > Cihazlar > E-Kassa (Vergi) pəncərəsinə gələrək Caspos e-kassasının sistemimizə tam inteqrasiya olduğundan əmin olmaq üçün YOXLA düyməsini vururuq.


İnteqrasiya prosesini dayandırılması üçün kod olaraq "admin" yazılmalıdır. Caspos proqramından çıxış etmək üçün Power ( Söndür / Yandır ) düyməsini sıxıb saxlayırıq. Ekranda sağ yuxarıda Exit Kiosk yazısına sıxırıq. Pin kod: 3223