1.4.5.3. NBA
NBA e-kassa cihazını Clopos sisteminə inteqrasiya etmək üçün NBA şirkəti ilə əlaqə saxlamaq lazımdır. Onların e-kassanızın inteqrasiyaya hazır olduğuna dair təsdiqindən sonra, Clopos arxa panelindən Ayarlar → Ümimi hissəsinə daxil olaraq E-kassa bölməsinə keçid edirik. Daha sonra kassa inteqrasiyası üçün NBA seçirik.
NBA seçdikdən sonra
İP ünvanı qeyd edirik ( ip ünvanını öyrənmək üçün NBA kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır. )
İP ünvan bu şəkildə yazılmalıdır → 192.168.1.1:2000
Burada ( 192.168.1.1 ) İP ünvanı şərtidir. İP ünvandan sonra :-dən sonra yazılan port (:2000) isə mütləqdir və bu operator üçün dəyişməzdir.
Məlumatları daxil etdikdən sonra sağ yuxarı hissədə mövcud olan Saxla düyməsinə klik edib verilənləri yaddaşda saxlayırıq.
NBA e-kassa cihazının Clopos sistemində inteqrasiyası zamanı hər iki proqram eyni lokal şəbəkə üzərində qeydiyyatda olmalıdır.
Daha sonra Clopos terminalında aşağıdakı şəkildə göstərildiyi qaydada Kontrol panel > Cihazlar > E-Kassa (Vergi) pəncərəsinə gələrək NBA e-kassasının sistemimizə tam inteqrasiya olduğundan əmin olmaq üçün YOXLA düyməsini vururuq.
