Clopos
İstifadəçi təlimatı
×

2.2. Yarımfabrikat

Yarımfabrikatlar mətbəxdə mürəkkləb tərkibli yeməklərin hazırlanması zamanı istifadə olunan yarım hazır olan məhsullardır. Buna misal olaraq pizza xəmiri, ləvəngi içliyi, qoğal içliyi, tort kremi və . göstərə bilərik. Bu alt bölmədə yarımfabrikatlarla daha yaxından tanış olacaq və Cloposda onların yaradılması və istifadə qaydasını izah edəcəyik.
 
2.2. Yarımfabrikat
1
Yarımfabrikatın adını yaradarkən daha sonra istifadə zamanı anlaşılan, rahat axtarıla bilən formada yaratmaq tövsiyyə olunur. Məsələn restoranınızda müxtəlif yemək içlikləri hazırlayır və daha sonra bu içlikləri də bir neçə yeməkdə istifadə edirsinizsə həmin içlikləri adlandırarkən daha anlaşılan formada ad yaratmağa diqqət etməlisiniz. Tutaq ki, yaradacağınız Yarımfabrikatın adını "Ləvəngi içliyi" qoyacaqsınız. Aşpazlarınız, texnoloqlarınız qaz ətindən, toyuqdan, balıqdan, çöl quşlarından ləvəngi tərkibli yemək reseptləri hazırlayarkən sizin daha öncədən dəqiqliklə "Ləvəngi içliyi" adlandırdığınız yarımfabrikatı rahatlıqla tapacaq və ondan istifadə edəcəklər. Nəzərə almalıyıq ki, sistemdən müxtəlif şəxslər istifadə edə bilir. Onlar bir-birindən məlumatlı olmaya və ya rabitəsiz işləyə bilərlər. Belə halda düzgün adlandırılmış yarımfabrikat, yemək adı, inqredient adı rahat istifadəni təmin edir və təkrarlanmalara son qoyur.
2
Bu xanada yaratdığınız hazır məhsula mühasibatlıq uçotu üzrə təyin edilmiş kateqoriya və ya kod əlavə edə bilərsiniz.
3
Bu xanada hal-hazırda yaratdığımız yarımfabrikatın hansı kateqoriyaya aid edəcəyimizə qərar veririk.  Məsələn içliklər üçün ayrıca İçliklər kateqoriyası yaratmaq olar ki, daha sonra da axtardıqda rahatlıqda əlçatan olsun. Əgər qənnadı məmulatları da istehsal ediriksə müxtəlif  xəmir növləri üçün Hazır xəmirlər adlı kateqoriya yarada bilərik. Yarımfabrikatlar satışa verilmədiyi üçün onların kateqoriyaları da İnqredient kateqoriyaları bölməsindən yaradılır.
2.2. Yarımfabrikat 2.2. Yarımfabrikat
4
Yaratdığımız yarımfabrikatın ölçü vahidi əsas diqqət yetirilməli bəndlərdəndir. Belə ki, yarımfabrikat hansı ölçü vahidi ilə hazırlanırsa və daha sonra istifadə edilərkən də həmin ölçü vahidində istifadə edilməlidiir. Məsələn: Yaratdığımız yarımfabrikatı (kq) ölçü vahidində hazırladıq və sonradan mətbəxdə ondan istifadə etdikdə 1 qab, 2 qab götürüb istifadə etmək olmaz və bu anbar uçotların qeyri dəqiqliyinə aparacaq.
2.2. Yarımfabrikat
5
Yarımfabrikatın açıqlama qisminə öz qeydlərinizi, hazırlanmaya dair qeydləri edə bilərsiniz.
6
Silinmə üsulunu təyin etdikdə yarımfabrikatdan istifadə edildikcə tərkibində olan mallar anbardan silinir.
7
Əlavə et düyməsi yarımfabrikatın tərkibinə inqredientləri əlavə etmək üçündür.
8
Bu xanaya isə mütləq şəkildə tərkibləri əlavə edib yarımfabrikatı hazırladıqdan sonra alınan məhsulun təmiz çəkisini yazırıq. Tutaq ki, siz un, su, yağ, qabartma tozu və s. inqredientlərdən istifadə etməklə xəmir hazırlamısınız. Həmin hazırlanan xəmirin yekun çəkisini bu xanaya yazacaqsınız.
9
Burada yaımfabrikatın maya dəyəri əks olunur.