İnqredientləri bir növ xammal adlandıra bilərik. Belə ki, inqredientlər alındığı kimi müstəqil satıla bilməzlər. Yəni onlardan mütləq hansısa tərkibdə istifadə edilməlidir. İnqredientlər yaradılmazdan öncə onların düzgün qruplaşdırılması üçün kateqoriyalar yaradılmalıdır. Düzgün formalaşdırılmış kateqoriyalar gələcəkdə anbar qalıqlarının təhlili zamanı işinizi xeyli asanlaşdıracaqdır.
Çoxlu yarat
Çoxlu yarat düyməsindən istifadə etdikdə eyni anda istənilən sayda inqredient yaratmaq olur. Şəkildən də göründüyü kimi, alt-alta istədiyin qədər inqredienti qısa məlumatlar daxil etməklə tez bir zamand ayaratmaq mümkündür.
Yarat düyməsindən istifadə etdikdə isə inqredientləri tək-tək, lakin daha detallı məlumatlarla yaratmaq mümkündür.
Birinci hissədə inqredientin adı, mühasibatlıq kodu, kateqoriyası, ölçü vahidi, barkodu və əsas vahidinin çəkisi göstərilir. Burada diqqət olunmalı məqam əsas vahidinin çəkisi xanasıdır. Misal üçün yaradacağınız inqredient tutaq ki, yaşıl noxuddur. Bu xammalı siz dəmir bankalarda alırsınız və bu bankanın çəkisi 550 qram, içərisindəki məhsulun xalis çəkisi isə 450 qr-dır. Bu zaman həmin xammalı yaradarkən 2 formada yaratmaq olar. Əgər siz o xammalı qabından açaraq müxtəlif tərkiblərdə az-az əlavə edərək (qramla) işlədəksinizsə yaxşı olar ki, yaşıl noxudu yaradarkən ölçü vahidi olaraq kq seçəsiniz. Alışlarda isə 1 bankanı ədədlə yox, 450 qram təmiz çəkisi ilə alış edəsiniz. İkinci varinatda isə əgər siz həmin xammalı tərkiblərdə gəldiyi kimi banka ilə istifadə edirsinizsə bu zaman yaradakən ölçü vahidi ədədlə göstərilməli, aşağıda olan əsas vahidinin çəkisi xanasında 0,450 kq göstərməlisiniz.
Bu hissədə olan xanaya işarə qoyduqda həmin iqredient istifadə edilərkən anbarda hesablama (silinmə) aparılmır. Buna misal olaraq içməli suyu göstərə bilərik. Siz texkartlarda tərkibə su əlavə etmək sitəyirsiniz. Lakin suyu almırsınız, öz su filtrinizdən istifadə edirsiniz. Bu zaman inqredient kimi suyu yarada və bu xananı işarələyərək həmin suyun hesablanmasının qarşısını ala bilərsiniz.
Bu hissə bizə Cloposu yeni qurduğumuz zaman, yaxud da anbar modulundan yenicə istifadə etməyə başladığımızda daha faydalı olur. Belə ki, inqredient yaradılarkən dərhal əlinizdə olan say və qiyməti ilə anbara başlanğıc qalıq kimi mədaxil edə bilərsiniz. Tutaq ki, əlinizdə anbarda xeyli sayda daha əvvəldən alınmış lakin uçotu aparılmamış düyü var. Düyü adlı inqredient yaradarkən başlanğıc say və qiymətini bu xanaya yazsanız inqredienti yaratdıqdan sonra o sayda və dəyərdə anbarda düyü qeydiyyata düşəcəkdir.