Müasir dövrdə məhsulları ənənəvi qaydada satmaqla bərabər online satış vasitəsi ilə, daha dəqiq desək aqreqator xidmətləri vasitəsi ilə satmaq daha da asan və rahat başa gəlir. Bu məqsədlə də bazarda olan bir çox aqreqator şirkətləri ilə əməkdaşlıq etməyiniz tövsiyyə olunur. Bu şirkətlərdən biri olan Wolt aqreqator şirkəti ilə əməkdaşlıq edirsinizsə bu modul sizin işinizi xeyli asanlaşdıracaqdır. Wolt-dan daxil olan sifarişlərin birbaşa Cloposda satış terminalına düşməsi üçün təqdim edilən moduldan istifadə etməyiniz tövsiyyə olunur. İnteqrasiya üçün Texniki dəstək bölümünə müraciət etməlisiniz.