Müştərilərinizin xidmət və məhsullarınız barədə öz rəylərini sizə bildirməsini asanlaşdırmaq məqsədi ilə bu moduldan istifadə etməyinizi tövsiyyə edirik. Modulu aktiv etmək və tənzimləmək üçün modulun ayarlarına daxil oluruq. Burada Status işarəsini sürüşdürməklə modulu aktiv-deaktiv etmək olar. Çekdə QR çapı xanasını işarələdikdə müştəri hesabı ödədikdən sonra çap olunan çekin aşağı tərəfində rəylər üçün QR keçid görünəcəkdir. Müştəri bu kodu telefonu vasitəsi ilə oxutduqda rəylər səhifəsinə yönlənir. Burada isə müştəri öz rəyini yazmaqla müəssisə rəhbərliyi ilə birbaşa təmas qurmuş olur. Siz Rəylər bölməsinə daxil olmaqla müştərilən yazdığı rəyi oxuya bilər, həmçinin həmin müştərinin hansı masada, nə zaman əyləşdiyini, ona xidmət edən ofisiantın kimliyini, sifariş etdiyi məhsulları və s. məlumatları əldə etmiş olacaqsınız. Ön çekdə QR çapı xanasını işarələdikdə isə müştəri müəssisədən ayrılmadan, yəni hesabı istədikdə ona təqdim edəcəyiniz çekdə rəy sorğusu barədə məlumatı görəcəkdir.
Bundan əlavə Ümumi - yəni konkret masa və hesaba bağlı olmayan, sizin müəssisə barədə ümumi fikirlərin bildirildiyi rəyləri toplamaq üçün isə Ümumi rəylər üçün QR kod xanasındakı qr kodu çap edərək müxtəlif yerlərdə yerləşdirə bilərsiniz. (Məsələn kağız menyuda və s.)