Clopos
İstifadəçi təlimatı
×

1.1.2. Stok ayarları

Bu hissədə aktiv anbarlarımız, məhsullarımızın satış zamanı anbardakı vəziyyəti, silinməsi və necə silinməsini təyin edirik.
 
1.1.2. Stok ayarları
1

Aktiv brend anbarları

 
Burada daha əvvəldən yaratdığımız anbarlardan hansıların aktiv istifadədə olduğunu seçirik.
 
2

Anbarda olmasa belə sata bilər

 
Əgər məhsul müvafiq anbara daxil edilməyibsə və ya bu əməliyyat daha sonra ediləcəksə, lakin məhsulun satışını həyata keçirmək istəyiriksə o zaman bu xananı işarələməliyik. Belə olduqda sistem anbarınızda o məhsuldan fiziki olduğu halda sistem üzrə olmasa belə satış həyata keçirilə bilər
3

Anbar konfiqurasiyaları

 
Bu hissə xüsusi diqqət yetirilməli olan yerlərdəndir. Belə ki məhsulların satış zamanı hansı anbardan silinərək azaldılmasını məhz buradan təyin edirik.  Silinmə anbarının təyin edilməsinin hal-hazırda 4 üsulu var:
1. Konfiqurasiya yoxdur
2. Anbarı şöbələrə uyğun qur
3. Anbarı terminallara uyğun qur
4. Anbarı terminal və şöbəyə uyğun qur
İndi isə gəlin bu üsullara nəzər salaq:
Konfiqurasiya yoxdur seçimində məhsul hansı anbara alınıbsa o anbardan da silinəcəkdir. Əgər eyni məhsul bir neçə anbara alınıbsa bu zaman məhsulun silinməsi anbarların silinmə ardıcıllığı necə təyin edilibsə o qaydada da silinəcəkdir. Bu barədə daha ətraflı
Anbarı şöbələrə uyğun qur seçimində hər şöbənin öz anbarı olduğunu nəzərə alsaq o zaman şöbələrin qarşısında müvafiq anbarları seçirik. Əgər iki şöbə üçün məhsulların eyni anbardan silinməsini nəzərdə tutmuşuqsa bu zaman təbii olaraq həmin şöbələrin qarşısında eyni anbarı seçirik.
Anbarı terminallara uyğun qur seçimində məhsulun hansı terminaldan satış edildikdə hansı anbardan silinməsini təyin edirik. Bunu misallarla izah edək:
Tutaq ki, sizin müəssisənizdə 2 bar şöbəsi mövcuddur və hər barın qarşısında da satış terminalı qurmusunuz. Bu barlardan birinin öz anbarı var, digər bar isə Əsas anbarın yanında yerləşdiyindən satılan məhsulları birbaşa oradan götürüb satır. Belə olduqda biz birinci barın terminalından satılan məhsullar üçün silinmə anbarı olaraq öz anbarını, ikinci barın terminalından satılan məhsullar üçün silinmə anbarı olaraq isə əsas anbarı göstərəcəyik.
Anbarı terminal və şöbəyə uyğun qur seçimində məhsulun hansı terminaldan və hansı şöbədən satış edildikdə hansı anbardan silinməsini təyin edirik. Yəni burada satışı həyata keçirən terminalla yanaşı məhsulu təqdim edəcək şöbə də rol oynayır. Aşağıdakı şəkildə işarələrlə məsələyə izah verməyə çalışılmışdır.
Anbarlar və şöbələr yaradılarkən bütün sadalanan nüanslar diqqətə alınmalı və iş mexanizmi düzgün formalaşdırılmalıdır. Əgər bu məsələdə çətinliklərlə qarşılaşsanız şirkətimizin təlimlərində iştirak edə bilərsiniz.