1.1.1. Brend ayarları
Brend ayarları hissəsində Brendin adı xanasına öz brendimizin adını qeyd edirik. Adı qeyd edərkən bu adın yazılışına diqqət yetirmək lazımdır. Çünki qeyd etdiyimiz formada da müştəri çeklərinin başlığında görünəcəkdir.
Daha sonra müəssisəmizin VÖEN-inin müvafiq xanaya yazmalıyıq. Belə ki, bu xanada olan məlumat da müştəri çeklərinin başlığında əks olunur.
Brend logosu xanasına müəssisəmizin logosunu yükləyirik. Logo faylını hazırlayarkən faylın 1:1 nisbətində (yəni kvadrat formada) olmasına diqqət etməliyik. Əks halda logonun yuxarı və ya aşağı hissəsində boşluqlar yaranacaqdır.
Wifi məlumatları (ad və şifrə) xanaları müəssisənizdə əyləşən qonaqlar QR kod vasitəsi ilə E-menyuya daxil olduğu zaman onlara görünəcəkdir. Digər hallarda bu məlumatlar heç yerdə əks olunmur.
Kassanın açılışı bəndi vacib olan amillərdəndir. Belə ki, sistem sizin göstərdiyiniz saatda daha öncəki günü avtomatik olaraq bağlayacaq və o saatdan sonra olan satışları və əməliyyatları yeni gün kimi nəzərə alacaqdır. Misal ilə izah edək: Tutaq ki, sizin müəssisə səhər saat 10-da fəaliyyətə başlayır və gecə sonuncu müştəri gedənədək fəaliyyət göstərir. Sonuncu müştərinizin 09 dekabrdan 10 dekabra keçən gecə saat 4-də getdiyini düşünək. Əməkdaşlarınız müəssisəni 10 dekabr saat 4:30-da bağlayaraq gedirlər. Səhər isə saat 10:00-dan sonra ilk müştəriniz olacaq. Bu zaman siz kassanın açılışını saat 09:00 təyin edə bilərsiniz. Sistem avtomatik olaraq o saata qədər olan satış və əməliyyatları ötən iş günü- yəni 09 dekabr tarixinin əməliyyatları kimi qeydə alacaq və daha sonra olan satışı isə yeni tarix kimi nəzərə alacaqdır.
Saat qurşağı xanasında ölkəmizin yerləşdiyi saat qurşağını, Dil xanasına sistemdən istifadə edəcəyimiz dili, Valyuta xanasına isə satış edəcəyimiz valyutanı qeyd edirik.
Xəritəyə keçid xanası - ?
Şəhər, Poçt İndeksi, Ünvan, Telefon xanalarına isə müaəssisənizin əlaqə məlumatlarını qeyd etməlisiniz.
Sosial şəbəkələr xanasına yazacağınız hesablarınız müştəriləriniz tərəfindən E-menyuda görünəcəkdir ki, bu da sizin sosial şəbəkələrdə təqibçilərinizin artmasına və hesablarınızın aktivliyinə öz müsbət təsirini göstərəcəkdir.
İş saatları xanasında yazdığınız saatlar da E-menyuda müştərilərinizə göstəriləcəkdir.
Bişirmə etiketləri (məhsul üçün) xanasında yaradacağınız etiketlər mətbəxə və ya bara sifariş göndərərkən həmin məhsulun aşağısında qeyd kimi görünəcəkdir. Bu sizə həmin məhsulu müştəriyə arzuladığı şəkildə təqdim etmə imkanı verir. Misal: müştəri hər hansısa bir yeməyi bol acılı olaraq sizdən istədi. Siz bu zaman həmin məhsulu kassada çek əlavə etdikdə Bol acılı etiketindən də istifadə etməklə mətbəxə bu barədə məlumat ötürə bilərsiniz.
Məhsulun çekdən silinmə səbəbləri xanasında siz məhsuldan imtina olunarkən göstərilməli olan səbəbləri yaradırsınız. Misal: Əməkdaşınız çekə yemək daxil etdi və mətbəxə göndərdi. Daha sonra çekə daxil olaraq həmin məhsulu çekdən silmək istədikdə mütləq sizin daha öncədən yaratdığınız səbəblərdən birini (xarab, keyfiyyətsiz, səhv qərar və s.) göstərməlidir ki, bu da sistemdə öz əksini tapacaq. Daha ətraflı Youtube kanalımızda video təlimata da baxa bilərsiniz.
