Restoran və digər yerində xidmət sahələrində müştərilər üçün ayrılmış zalların və zallarda olan masaların quruluğu önəmli amildir. Bu vacib parametrlər məhz Masa quruluşu alt bölməsindən idarə edilir.
Restoranınızda birdən artıq zal və ya kabinet varsa əvvəlcə zal adlarını yaratmalısınız. Daha sonra isə bu zallarda olan masaları yaradacaqsınız.
Açılan pəncərədə zalın adını yazırıq və Saxla komandasından istifadə edirik.
Yaratdığımız Əsas zal artıq pəncərədə göründü.
İndi isə Masa yarat komandasından istifadə etməklə istədiyimiz qədər masa yarada bilərik. Bu zaman masa adları Masa1, Masa 2 kimi ekranda görünəcəkdir. Masa adlarını və nömrəsini də istədiyimiz kimi adlandıra, yerlərini dəyişə və masa formasını dördkünc yaxud dairəvi edə bilərik.
Masanın üzərinə mausla yaxınlaşdıqda aşağıdakı şəkildə göründüyü kimi yardımçı düymələr ortaya çıxır. Həmin yardımçı düymələrə nəzər salaq: