Clopos
İstifadəçi təlimatı
×

1.1.4. Geri qaytarılma

Bu pəncərədə satılmış məhsulların geri qaytarılmasına dair tənzimləmələr həyata keçirilir.
 
1.1.4. Geri qaytarılma
1

Geri qaytarılma

 
Burada biz satılan məhsulun geri qaytarılıb qaytarılmadığına dair qərarımızı sistemə qeyd edirik. Əgər bu xana işarələnməzsə satışdan sonra çekləri geri qaytarma etmək mümkün olmayacaqdır.
2

Endirimli çekin geri qaytarılması

 
Müştərilərinizə endirim edilərək satılmış məhsulların geri qaytarılıb qaytarılmayacağına dair burada öz qərarımızı tətbiq edirik.
3

Maksimum qaytarılma günü

 
Məhsulların satıldıqdan ən gec neçə gün sonra qaytarıla biləcəyini bu xanaya qeyd etməliyik.
4

Qaytarılma anbarları

 
Burada satışdan sonra geri qaytarılan məhsulların hansı anbara mədaxil edilməsini müəyyənləşdiririk. Əgər bütün anbarlar seçilmişdirsə bu zaman hər məhsul silindiyi öz anbarına qayıdacaqdır. Yox əgər geri qaytarılan məhsulları hansısa konkret bir anbara toplayırıqsa bu zaman həmin anbarı seçməli, digərlərindən seçimi qaldırmalıyıq.