Clopos
İstifadəçi təlimatı
×

1.4.7. Clopos PAY

1.4.7. Clopos PAY 1.4.7. Clopos PAY Clopos Pay ödəmə üsulundan istifadə etmək üçün ilk öncə siz sahibkar və ya hüquqi şəxs olaraq Payriff ödəniş sistemində qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək haqqında daha ətraflı məlumat üçün bu səhifəyə baxın.
 
Daha sonra Payriff admin panelində Apllications bölməsindən Mercant xanasında sizə aid olan İD-ni götürərək Clopos arxa paneldə şəkildə göründüyü kimi məlumatları daxil etməlisiniz.
 
1.4.7. Clopos PAY
1

Mercant İD

Payriff Mercant İD
2

Ödəmə üsulu

Ödəniş növü (ödəmə üsulu). Bu ödəniş növünün yaradılması barədə daha ətraflı məlumatla Ödəmə üsulları səhifəsində tanış ola bilərsiniz.
 
Clopos Pay ödəmə üsulu tam olaraq yaradılqdıqdan və aktiv edildikdən sonra kassa satış terminalını yeniləyərək həmin ödəmə üsulundan istifadə etmək mümkündür.
İndi isə Clopos Pay ödəmə üsulundan satış zamanı istifadə etmənin qaydaları ilə tanış olaq:
Bu ödəmə üsulu aktiv edildiyindən müştərilərinizə göndərəcəyiniz ön çek çap olunarkən çekin aşağısında Clopos Pay ödəmə keçidi üçün QR kod təsvir olunur.
1.4.7. Clopos PAY
Müştəri həmin QR kodu telefon vasitəsi ilə oxutduqda müvafiq səhifə açılır.
1.4.7. Clopos PAY  1.4.7. Clopos PAY
1
Bu xanalarda ilk öncə müştəri ona xidmət edən ofisiant üçün bəxşiş saxlayıb saxlamayacağına dair qərarı təsdiqləyir. Bəxşiş vermək istədiyi faizi (hesabdan fazi) və ya ümumiyyətlə bəxşiş vermək istəmədiyini qeyd edir. Məlumat üçün bildirək ki, bəxşiş məbləği sistemdə o masaya xidmət etmiş ofisiantın hesabına köçürülür.
2
Bu xanada müştəri bəxşiş vermək istədiyi məbləği yaza bilər -yəni hesaba görə faizlə deyil konkret məbləğ.
3
Bu xanada müştərinin hesab məbləği əks olunub.
4
Bu xanada müştərinin hesab məbləği və bəxşişin cəm məbləği əks olunub. Bu düyməyə vurmaqla müştəri ödəniş səhifəsinə keçid edə bilər.
 
Müştəri Ödə düyməsinə vurduqdan sonra ödəniş səhifəsinə yönlənir. Bu səhifədə isə kart məlumatlarını daxil edərək ödənişi edir. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek Clopos Pay ilə ödəniş növü üzrə bağlanır.
 
1.4.7. Clopos PAY